Avtomobillə qanunsuz gətirilən telefonlar müsadirə olunub

Gürcüstandan ölkəyə qanunsuz gətirlən telefonlar gömrükdə müsadirə olunub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə "Mersedes Benz E220 CDİ" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq, şifahi sorğu-sual aparılıb.
Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.
Nəqliyyat vasitəsində aparılan yoxlamadan sonra sürücünün və avtomobildə sərnişin qismində səyahət edən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı sürücünün şalvarının cibindən "Samsung" və "Lenovo" markalı 3 ədəd mobil telefon, onun sərnişininin şalvarının və gödəkcəsinin ciblərindən isə "Samsung" və "Huawei" markalı 14 ədəd mobil telefon, "Sandisk" markalı müxtəlif həcmli 10 ədəd yaddaş kartları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












