Banner

Avtomobillə vurulan piyada xəstəxanada ölüb - Tovuzda

Gündəm 7 Mart 2017 14:36
Avtomobillə vurulan piyada xəstəxanada ölüb - Tovuzda
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Tovuzda avtomobillə vurulan piyada iki gün sonra xəstəxanada ölüb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə martın 5-də rayonun Düz Çırdaxan kəndi ərazisində qeydə alınıb. Əlimərdanlı kənd sakini, 1972-ci il təvəllüdlü Fikrət Əliyev yolu keçmək istəyərkən “Hyundai” markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan piyada Tovuz Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilsə də, F. Əliyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunub : 1199
ŞƏRH YAZ
Ad

E-mail

Şərh