Avtomobillər üzrə amortizasiya normaları azaldılıb - Büdcə təşkilatları üçün

“Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”da dəyişikliklər edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən verilən məlumata görə, bununla bağlı nazirliyin kollegiyası 24 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq etdiyi “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
Təlimata əlavə olunmuş 1.3-1 bəndinə əsasən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya metodu həmin təşkilatların seçimindən asılı olaraq müəyyən ediləcək.
Sənəddə edilən dəyişikliyə əsasən, minik avtomobilləri üzrə düzxətt metodu üzrə amortizasiya normaları 10%, azalan qalıq metodu üzrə isə 29% müəyyən edilib. Qeyd edək ki, buna qədər minik avtomobilləri üzrə düzxətt metodu üzrə amortizasiya normaları 11,1%, azalan qalıq metodu üzrə isə 30% müəyyən edilib. Başqa sözlə, minik avtomobilləri üzrə düzxətt metodu və azalan qalıq metodu üzrə amortizasiya normaları azaldılıb.
Bundan başqa, təlimatın 6.6-cı bəndində dəyişiklik edilib. Dəyişikliyə əsasən, amortizasiyanın azalan qalıq metodu əsasında amortizasiya ayırmalarını hesablayan təşkilatlar tərəfindən ilin sonuna balans dəyəri ilkin dəyərinin 5 faizindən aşağı olan əsas fondlar və qeyri-maddi aktivlər üzrə amortizasiya məbləği həmin aktivlərin balans dəyəri həcmində müəyyən edilir. Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərarda amortizasiyanın azalan qalıq metodu əsasında amortizasiya ayırmalarını hesablayan təşkilatlar tərəfindən istismar müddəti başa çatmış və ilin əvvəlinə “Maliyyə vəziyyəti haqqında hesabat”da balans dəyəri ilkin dəyərinin 5 faizindən aşağı olan əsas fondlar və qeyri-maddi aktivlər üzrə ilin sonunda amortizasiya hesablanılmırdı.
Həmçinin, təlimata istifadə edilmiş əsas fondları və qeyri-maddi aktivləri alan təşkilat tərəfindən amortizasiya normalarının bu aktivlər üzrə qalan faydalı istifadə müddətinə və balans dəyərinə uyğun olaraq müəyyən edilməsi ilə bağlı bənd əlavə olunub.
Qeyd edək ki, maliyyə Nazirliyinin Kollegiyasının sədri Samir Şərifovun imzaladığı sənəddə Uçot siyasəti şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etmək tapşırılıb və qərarın icrasına nəzarət nazir müavini Emin Hüseynova həvalə edilib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










