Avtomobillər və çay dondu - VİDEO

ABŞ-ın paytaxtı Vaşinqtonda soyuq hava şəraiti Potomak çayını dondurub. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-da son illərin ən sərt qışının yaşandığı bu günlərdə soyuq hava şəraitinin bir sıra çay və gölləri dondurduğu bildirilir. Paytaxtın simvollarından olan Potomak çayının böyük bir hissəsinin donması ilə sakinlər və turistlər maraqlı mənzərənin şahidi olub. Uzun illər sonra ilk dəfə donan çayın şəklini çəkən turistlər mənzərənin onları təəccübləndirdiyini bildiriblər. Şəhərin bir sıra ərazilərində süni hovuzların donmasından istifadə edən sakinlər onların üzərində sürüşərək əyləniblər. Bir neçə gün soyuq hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıqlar edilib, azı 17 nəfər soyuqdan donaraq ölüb. Ölkənin şərq hissəsində 3 mindən çox təyyarə səfəri təxirə salınıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












