Avtomobillərdən 12 min ədəd siqaret aşkar edildi - FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən xəbərə görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.
Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 8 min ədəd siqaret aşkar edilərək götürülüb. Azərbaycan Respublikası vətəndaşı olan daha bir şəxs isə minik avtomobilində ölkə ərazisinə 4 min ədəd siqaret keçirmək istəyib. Lakin gömrükçülərin sayıqlığı nəticəsində üzərində aksiz markası olmayan siqaretlər “Sınıq Körpü” gömrük postunda aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












