Avtomobillərdən 8 ədəd akkumulyator oğurladı - Həbs olunmaq üçün... - FOTO

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Avtosfer.az "Report"-a istinadən bldirir ki, 20 yaşlı gənc paytaxt ətrafı kənd və qəsəbələrdə müxtəlif markalı avtomobillərdən akkumulyator oğurladığını etiraf edib. Məlumata görə, hadisəni törədən Sabirabad rayon sakini, 20 yaşlı Fərid Nəsirli Xəzər Rayon Polis İdarəsinə (RPİ) aparılıb. O, istintaqa ifadəsində bildirib ki, son bir ay ərzində Xəzər rayonunun Talışlar məhəlləsi, Südçülük sovxozu, Mərdəkan qəsəbəsindən əsasən "VAZ 2106" , "VAZ 2107" markalı avtomobillərə məxsus 8 ədəd akkumulyator oğurlayıb. F.Nəsirli qarət zamanı yalnız dəmir parçasından istifadə edib. Əvvəllər iki dəfə məhkum olunan gənc istintaqa ifadəsində əvvəlki məhkumluq müddətində tam islah olunmadığını deyib. Buna görə də o, "tam islah olunmaq" üçün 5 və ya 6 il həbsdə qalmaq istədiyini söyləyib: "Məhz buna görə də oğurluq əməllərini törətdim. Oğurluqlar etdim ki, azı beş il həbs cəzası alıb "içəridə" islah olunum", - deyə Nəsirli istintaqa ifadəsində əlavə edib.
Qeyd edək ki, F.Nəsirlinin anası xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün Türkiyədə müalicə olunur. Atası isə Rusiya Federasiyasında yaşayır. F.Nəsirlinin ailəsi ondan oğurluq əməlləri törətdiyi üçün üz döndərib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












