Avtomobillərdən oğruluq edən şəxslər tutulub - Lənkəranda

Lənkəranda akkumlyator oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis kapitanı Pərviz Əsədzadə məlumat verib. Onun sözlərinə görə, polis şöbəsinə daxil olan müraciətlərdə yük maşınlarından akkumlyatorların naməlum şəxslər tərəfindən oğurlanaraq aparıldığı qeyd olunub.
Həmin müraciətlərə əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yük maşınlarından oğurluqda şübhəli bilinən rayonun Yuxarı Nüvədi kənd sakinləri, 1993-cü il təvəllüdlü Məqsəd Seyidmurad oğlu Beyçayev və 1994-cü il təvəllüdlü Elmin Sulduz oğlu Mustafayev isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Araşdırmalar zamanı saxlanılan şəxslərin qısa müddət ərzində müəssisələrə və ayrı-ayrı fiziki şəxslərə məxsus yük maşınlarından akkumlyatorları oğurlamaqla, həmin nəqliyyat vasitələrinin sahiblərinə ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurduqları məlum olub.
M.Beyçayev və E.Mustafayev barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












