Avtomobillərdən silsilə oğurluq edən cəzalandırıldı – HÖKM

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsidə oğurluqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Emil Miriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Emil Miriyev 7 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Suraxanı rayon Polis İdarəsi və 33-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Emil Miriyev saxlanılıb. O, oğurladığı “Runna” markalı avtomobili sürərkən şəhərdə qurulan təhlükəsizlik kameraları vasitəsi ilə yeri müəyyən edilərək həbs edilib.
Emil Miriyev oktyabrın 1-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Esmira Cəfərovaya məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaqla müşahidə kamerası, avtomobilin texniki pasportu, sürücülük və şəxsiyyət vəsiqələri oğurlamaqda, Samir Ağayevə məxsus “BMW” markalı avtomobildən, şüşəni sındırmaqla oğurluğa cəhddə şübhələ bilinib.
Müəyyən edilib ki, o, oktyabrın 29-na keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan İlkin Yusubova məxsus “Chevrolet-Cruze”, Ramil Əliyevə məxsus “Mercedes”, Bahadur Beydiyevə məxsus “Niva”, Rafiq Kərimova məxsus “Mercedes” markalı avtomobillərdən, şüşəni sındırmaqla mobil telefon, pul, səsgücləndirici, maqnitafon və digər əşyalar oğurlayıb. Rizvan Həsənova məxsus “Toyota-Prado” markalı avtomobildən isə şüşəni sındırmaqla oğurluğa cəhd edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












