Avtomobillərdən və evlərdən silsilə oğurluq edən şəxs tutulub - Bakıda

Bakıda silsilə oğurluq törədən şəxs tutulub. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elbrus Məmmədovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 10-cu və 38-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 5-dən 28-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən və 2 evdən ümumilikdə 1260 manat pul, maqnitofon, akkumulyator, səsgücləndiricilər, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilib. Həmçinin onun oğurladığı akkumulyatorlardan 2-ni Yasamal rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Türkiyə vətəndaşı Safi Oğuzhan Nevzada satması da müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb. Görülən tədbirlərlə S.Nevzad da tutulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












