Avtomobilləri qaçırıb hissələrə bölərək satan şəxslər tutulub - Bakıda

Bakıda avtomobilləri qaçırıb hissələrə bölərək satan şəxslər tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı, Nərimanov RPİ 17-ci Polis Bölməsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini Əfqan İsmayılova məxsus “VAZ-21011” markalı, iyunun 3-də Aydın Əliyevə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçıran Bakı şəhər sakini Zakir Mustafayev tutulub.
Araşdırmalar zamanı Z.Mustafayevin qeyd edilən avtomobilləri Maştağa qəsəbə sakini Məcid Məcidova verməsi, sonuncunun isə həmin avtomobilləri hissələrə bölərək satması müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məcidov tutulub.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










