Avtomobillərin ehtiyat hissələri üzrə ammortizasiya ayırmaları müəyyən olunacaq

Azərbaycanda sığorta tələblərinin tənzimlənməsi, sığorta ödənişlərinin verilməsi ilə bağlı vahid metodologiya tətbiq olunmalıdır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2016) çərçivəsində təşkil olunmuş "Avtomobil sığortası" adlı seminarda "Audatex-Azerbajan" şirkətinin icraçı direktoru Zakir Kərimzadə deyib.
Onun sözlərinə görə, avtomobillərin ehtiyat hissələrini satan mağazalardan fərqli olaraq sığorta şirkətləri 18%-lik əlavə dəyər vergisinin ödəyicisi deyil: "Son nəticədə, qəzaya uğramış avtomobilin ehtiyat hissələrinin və ümumilikdə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı şirkətlərlə müştərilər arasında narazılıq yaranır. Sığorta şirkətləri avtomobilin sahibinə müəyyən məbləğdə kompensasiya ödəməkdə, maşının müştərinin özü tərəfindən təmir edilməsində maraqlıdır".
Z.Kərimzadə qeyd edib ki, vəziyyəti düzəltmək üçün istifadə olunan ehtiyat hissələri üzrə ammortizasiya ayırmaları dərəcələrinin müəyyən edilməsi, bu sahədə vahid standartın tətbiqi nəzərdə tutulur.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












