Avtomobillərin icbari sığorta problemi: Niyə imtina edilir? - VİDEO

İcarəyə verilən avtomobillər, taksi fəaliyyəti göstərən ekonom nəqliyyat vasitələri...
Avtosfer.az xəbər verir ki, son vaxtlar belə avtomobillərin icbari sığortasından imtina edilməsi ilə bağlı iddialar yayılır. Xüsusilə, mühərrikinin həcmi 2 kub santimetrə qədər olan nəqliyyat vasitələrininsahibləri bu cür problemlə qarşılaşdıqlarını bildirirlər. Avtomobil alqı-satqısı ilə məşğul olan Sərxan Qədirov dadeyir ki, son günlər sürücülər tez-tez belə hallarla üzləşirlər. Sərxan Qədirovun sözlərinə görə, bəzən də şirkətlər avtomobilin sığorta dəyərindən 2 dəfə artıq məbləğ tələb edirlər. Məsələni araşdırmaq üçün sığorta şirkətlərindən biri ilə əlaqə saxladıq. Bildirildi ki, şirkət nəqliyyat vasitələrinin sığortalanmasından imtina etmir. Ancaq 1,5 və 2 kub santimetr arası mühərrikli avtomobillərin icbari sığortasına daha həsssas yanaşırlar. Çünki həmin avtomobillər, əsasən taksi fəaliyyəti üçün istifadə edilir. Mühərrik həcmi kiçik avtomobillərin sığorta rüsümlarına gəlincə isə, şirkətdən deyildi ki, 1,4 kub santimetr mühərrikli avtomobillərinsığorta qiyməti iddia edildiyi kimi 28 manat yox, 50 manatdır. Sığorta üzrə ekspert Vüsal Bədəlov deyir ki, sözügedən avtomobillər daha çox ya icarəyə verilir, ya da taksi fəaliyyəti üçün istifadə edilir. Törədilən qəzalarda da həmin nəqliyyat vasitələrinin payı çoxdur. Sığorta haqqı isə dəyən ziyanı qarşılamadığından bəzi şirkətlər bu avtomobilləri sığortalamaq istəmirlər. Məsələ ilə bağlı İcbari Sığort Bürosundan isə bildirildi ki, sığorta şirkətləri icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. Çünki bu məsələ mövcud qanunvericiklə tənzimlənir.
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA










