Avtomobillərin icbari sığortası ilə bağlı dəyişiklik ediləcək? – RƏSMİ AÇIQLAMA

Uzun müddətdir Avtosfer.az-ın sosial şəbəkə hesablarına, eləcə də “WhatsApp” nömrəsinə sürücülər tərəfindən eyni məzmunlu şikayət daxil olur. Avtomobil idarəçiləri bildirir ki, artıq texnologiyanın irəlilədiyi bir dövrdə hələ də maşının sığorta müddətini hansısa saytdan, tətbiqdən öyrənə bilməyin mümkünsüzlüyü heç də anlaşılan deyil. Halbuki bir müddət əvvəl sürücülər üçün həm Dövlət Yol Polisinin rəsmi saytında, həm də mobil tətbiqdə texniki baxışın müddəti ilə bağlı məlumatları əldə etmək məsələsi həll olunmuşdu. Bircə qalır sürücülərin icbari avtomobil sığortasının müddətini çevik şəkildə öyrənmələrinin əlçatanlığını təmin etmək. Çünki İcbari Sığorta Bürosunun hazırda mövcud olan saytında yalnız müqavilənin hansı şirkətlə bağlanılması və qüvvədə olması göstərilir.

Mövzu ilə bağlı İcbari Sığorta Bürosuna sorğu göndərdik. Qurumdan Avtosfer.az-a bildirildi ki, mövcud məsələ ilə əlaqədar hansısa yenilik hələ ki gözlənilmir. Sürücülər 9707 nömrəsinə SMS göndərərək, eləcə də “services.isb.az” saytından sığorta müqavilələrinin müddətinin bitib-bimədiyini öyrənə bilərlər.
Səfər
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












