Avtomobillərin icbari sığortası internetlə satılacaq

Azərbaycanda avtomobillərin icbari sığortasının elektron satışına başlanacaq. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, hələ fevral ayının 16-da “İcbari sığortalar haqqında” qanuna edilən dəyişikliklərdə icbari sığorta müqavilələrinin elektron qaydada da bağlanması nəzərdə tutulub.
Bunun üçün vətəndaşlar elektron imzadan istifadə edərək və elektron sənəd əldə edəcəklər.
İcbari Sığorta Bürosundan verilən məlumata görə, hazırda elektron müqaviləyə keçidlə bağlı sistemdə texniki işlər görülür.
2-3 ay ərzində bununla bağlı bütün işlərin yekunlaşacağı gözlənilir. Bu ilin sonuna kimi avtomobillərin icbari sığortasının elektron qaydada satışına başlanacaq.
Qeyd edək ki, icbari sığortanı elektron qaydada əldə etmək üçün sürücülər elektron imza almalı olacaqlar. Avtomobil sahibləri ya Elektron Hökumət portalı vasitəsilə, ya da poçt bölmələrinə yaxınlaşaraq elektron imza ala bilərlər.
Bunun üçün yalnız şəxsiyyət vəsiqəsi və sürücünün istifadə etdiyi mobil telefon nömrəsi lazımdır. Sürücü qeydiyyatdan keçdikdən sonra istifadəçi login və parolu telefona SMS-lə göndərilir.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












