Şirkətlər və sürücülər sığorta şirkətlərini bu yolla cəzalandıra bilər - VİDEO

Bir müddətdir ki, bəzi sığorta şirkətlərinin kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina etmələri ilə bağlı xəbərlər yayılır.
İddialara görə, belə hallara paytaxtla yanaşı, bölgələrdə də rast gəlinir.
İcbari sığortası olmayan avtomobil sahibləri məcbur qalaraq yola çıxdıqda isə xüsusi texniki vasitələrlə onlar barəsində elektron protokol tərtib edir. Onlar inzibati qaydada 50 manat cərimə olunurlar.
Belə sürücülərdən biri də Cabbar Ağayevdir. Sürücü iddia edir ki, onun da avtomobilini sığorta etmirlər.
Ekspert Elməddin Muradlı isə deyir ki, mövcud qanunvericiyə görə, şirkətlərin hansısa marka və ya model avtomobilin icbari sığortasından imtina etmək səlahiyyətləri və hüquqları yoxdur. O təklif edir ki, sığorta şirkətinə müraciət edən sürücülərə rəsmi qaydada imtina verilibsə, onlar məhkəməyə müraciət etsinlər.
Elməddin Muradlı hesab edir ki, sığorta şirkətlərinin bu davranışları avtomobil bazarına da mənfi təsir göstərə bilər.
Bəs avtomobilini icibari qaydada sığorta etdirə bilməyən sürücülərə cərimə yazılmaması üçün hansısa güzəşt edilə bilərmi?
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi vəzifəsini icra edən Araz Əsgərli bildirdi ki, yazılan cərimələr tam qanunuidir.
Qeyd edək ki, icbari sığortanın olmamasına görə fiziki şəxslər 50, hüquqi şəxslər 100, vəzifəli şəxslər isə 300 manat inzibati qaydada cərimə edilirlər.
Avtosfer.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi - VİDEO
“Xaliq Faiqoğlu” sərnişinlərini belə sevindirdi - FOTOLAR
Yük avtomobilləri yolu daraldır - Sürücülər narazıdırlar – FOTO - VİDEO
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB










