Avtosfer.az-ın əməkdaşının avtomobili qarət olundu - FOTO

Bakının Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində avtomobil qarət olunub. Fuad Məmmədova məxsus "Mazda3" markalı, 10-UP-034 dövlət nömrə nişanlı avtomobil gecə saatlarında şüşəsi sındırılaraq soyulub. Zərərçəkənin Avtosfer.az-a verdiyi məlumata görə, bu gün səhər 09:00 radələrində xəbər tutub: "Maşını binanın həyətində saxlamışdım. Səhər qonşu qapını döydü ki, maşınının şüşəsini sındırıblar. Sol tərəfdən ön qapının şüşəsi sındırılıb. Qarətçi qapını açmadan, pəncərədən avtomobilə daxil olub. 1 ədəd mobil telefon oğurlanıb".
F.Məmmədov hadisə barədə 102-ə məlumat verib. Nərimanov rayon, 18-ci polis bölməsinin əməkdaşları hadisə yerində olub, baxış keçiriblər.
Qeyd edək ki, bu məhəllədə son günlər avtomobil qarətləri mütəmadi baş verir. Bir neçə gün əvvəl də Elxan adlı şəxsə məxsus "Range Rover" markalı avtomobili şüşəsini sındıraraq eyni şəkildə soyublar. Maraqlıdır ki, bu binaların həyətini çəkən, hər bir istiqamətdə kameraları olsa da, polis oğurluq hadisələrinin üstünü açmaqda çətinlik çəkir: "Gəlib baxırlar, soruşuram ekspert gəlməyib? Deyir yox, maşının çirkdi, əl izi düşməz (!), yaz ki, şikayətim yoxdu, yoxsa 132 manat məhkəmə rüsumu alacaqlar səndən (!), get-gəli də bezdirəcək səni. Mən də yazdım ki, şikayətçiyəm, bu məhəllədə demək olar ki, hər 3 gündən bir avtomobillər qarət olunur, tapın oğrunu. Bir sözlə, çox qəlizləşdirirlər işi. Binanın hər tərəfi kameradı, tapmaq istəyən tapar."
Məlumat üçün bildirək ki, Fuad Məmmədov Avtosfer.az saytı ilə əməkdaşlıq edir.
Emin
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT













