Avtosfer.az-ın rəhbəri Daxili İşlər Nazirliyi yanında İctimai şuraya üzv seçildi - FOTO

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 2021-ci il 3 və 7 iyun tarixlərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai şuraya seçki keçirilib. Tədbirdə daxili işlər nazirinin müavini İsmət Əliyev iştirak edib.
Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 40 nəfərin namizədliyi təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınaraq keçirilən seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 249 təmsilçidən 222 təmsilçi iştirak edib.
Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət tərkibi seçilib.
Qeyd edək ki, Şura üzvü seçilənlərdən biri də Avtosfer.az saytınən rəhbəri, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlıdır.
Nərmin
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ











