Avtovağzal daha sürüşməyəcək

"Bakıya yağan qar, yağıntı Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin ərazisində yaranan çatların böyüməsinə və ərazidə yenidən sürüşmənin baş verməsinə gətirib çıxarmayacaq. Orada çökmə və sürüşmə prosesi tam dayanıb. Artıq ərazidə kifayət qədər bərkitmə işləri görülüb. Vaxtilə baş vermiş sürüşmənin yaxınlıqdakı yol üçün də heç bir təhlükəsi yoxdur və orada heç bir problem yaşana bilməz. Bundan əlavə, Bakı-Sumqayıt yolunda ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti üçün də heç bir təhlükə yoxdur və gələcəkdə də olmayacaq. Amma vaxtilə sürüşmə vaxtı belə bir təhlükə var idi".
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib. A.Nəcəfli qeyd edib ki, bir müddət əvvəl ərazidə yenə çökmələr və çatlar yaranmışdı. Buna səbəb səbəb orada ağır texnikaların bərkitmə işlərinə cəlb edilməsi olub: "Orada 16 metr uzunluğunda, 7 metr hündürlüyündə olan 5 ədəd istinad divarı tikilib. Üstəgəl, hələ 4 istinad divarı da tikiləcək. Bundan əlavə, divarlarda bankerləmə işlər aparılıb. Divar deşilir bir neçə yerdən deşilir, ora dəmir troslar bərkidilir, sonra troslar dartılaraq gərginləşdirilir, axırda da sementlə betonlanır.
Bundan əlavə, avtobus dayanacağı olan yolda inyeksiya işləri görülüb. Torpaq bir neçə yerdən 1 metr ara məsafəsi olmaqla 20-30 metr dərinlikdə deşilərək ora beton məhlul tökülür. Həmçinin 2 köhnə istinad divarının arasında svaylar vurulur. 33-34 metr dərinlikdə 1200 mm diametrlik 50 svaydan artıq 30-u vurulub. Eyni işlər yamacın aşağı hissəsində də aparılır. Yamacda gərginləşdirici 5 tava tikilməlidir. Demək olar ki, bərkitmə işlərinin böyük hissəsi başa çatıb. Qalan işlər də yekunlaşandan sonra yolda deformasiyaya uğramış hissələr bərpa olunacaq".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev də artıq ərazidə sürüşmə təhlükəsinin olmadığını və hətta geoloji araşdırma işlərinin də dayandırıldığını bildirib.
Xatırladaq ki, ötən ilin oktyabrında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində baş verən sürüşmə nəticəsində yaxınlıqdakı magistral yolda çatlar yaranmışdı. Sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış hər iki tərəfdən məhdudlaşdırılıb.
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










