Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib. O bildirib ki, avqustun 30-dan sentyabrın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Hazırda gün ərzində 400-450 nəqliyyat vasitəsi ilə təxminən 11-12 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən yuxarı sərnişin daşınması nəzərdə tutulur. Kənardan dəvət olunmuş nəqliyyat vasitələrində qiymət intizamına nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya da yaradılıb”.
Y.İsakov avtovağzaldan bütün təyin olunmuş qrafiklər üzrə reyslərə bilet satışlarının avtovağzalın satış kassalarında həyata keçirildiyini qeyd edib:
“Sərnişinlər həmçinin onlayn qaydada 10 gün qabaqcadan da bilet əldə edə bilərlər. Hər bir kassanın üzərində marşrutların qiymətləri qeyd olunmuş lövhələr asılıb, gediş qiymətləri biletlərin üzərində də qeyd olunur. Sərnişinlərə tövsiyəmiz budur ki, yalnız kassalara müraciət etsinlər. Çünki sərnişinlərin digər şəxslərlə sövdələşmələrinə və yarana biləcək hər hansı anlaşılmazlığa görə Avtovağzal cavabdehlik daşımır. Biz sərnişinlərimizə qarşı hər hansı bir neqativ hal baş verdikdə dərhal reaksiya veririk. Daşıyıcılardan sərnişinlərə göstərilən xidmətin lazımi səviyyədə olmasını daim tələb edirik. Bu halların baş verməməsi üçün daşıyıcılarla mütəmadi görüşlər keçirir, müzakirələr aparırıq”.
Qeyd edək ki, bu il Qurban bayramı sentyabrın 1 və 2-də keçiriləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












