Avtovağzala yaxın dayanacaq ləğv edildi - Sərnişinlər narazıdır - VİDEO

Bakı-Sumqayıt yolundakı sürüşməyə görə Avtovağzala gedənlərin bir çoxu uzun məsafəni piyada getməli olur. Çünki avtobuslar uzaqda dayanır və sərnişinlər düşməli olur. Üstəlik Bakıya gələrkən yolun Avtovağzala dönən hissəsində də yeni qayda tətbiq olunub. Yolun sağından soluna keçid qadağan edilib. Sürücü və sərnişinlər sürüşməyə görə müvəqqəti bağlanan Avtovağzal dayanacağı bərpa olunanadək yaxın yerdə müvvəqəti dayancağın qoyulmasını istəyirlər. Hazırda isə Xırdalan, Masazır və Müşviqabaddan Bakıya gələn avtobuslarda sərnişinlərdən biri Avtovağzalda düşmək isdəsə, bu mümkün olmayacaq. Çünki bir neçə gün əvvələdək Avtovağzala dönüşdə dayancaq kimi istifadə edilən ərazidə dayanmaq qadağan olunub. Səbəb yolun sağından soluna keçmək üçün qadağanedici xəttin çəkilməsidir. Bu xətti keçən avtobusların sürücülərilər müşahidə kamerası ilə müəyyən edilir. Buna görə də, sürücülərin bəziləri ya avtobusu həmin əraziyə yazın yerdə saxlayıb sərnişini düşürür, ya da Şamaxinka adlanan ərazidə saxlamaqla. Yəni sərnişinlər istədikləri yerdən uzaqda düşməli olur və təhlükə ilə üzləşərək piyada gedirlər.
Sərnişinlər və sürücülər isə belə problemlə qarşılaşmamaq üçün Avtovağzala yaxın yerdə müvvəqəti dayancağın qoyulmasını istəyirlər. Heç olmasa sürüşməyə görə müvəqqəti bağlanan Avtovağzal dayanacağı bərpa olunanadək.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










