“Avtovağzalda sıxlıq başlayır, kənardan nəqliyyat gətiriləcək”

“Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə bağlı sentyabrın 9-dan 15-dək gücləndirilmiş iş rejimində işləyəcək”. Avtosfer.az xəbər verir ki, bu barədə teleqraf.com-a avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu gün günorta saatlarından sonra avtovağzal ərazisində sıxlıq olacaq: “Bu cür vəziyyət sentyabrın 10-11-dək davam edəcək. Adi günlərdən fərqli olaraq, bayram günləri ilə əlaqədar əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılacaq”.
Məhəmməd Abdullayev bildirib ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi ilə 9-10 min sərnişin daşınırdısa, bayram günlərində nəqliyyat vasitələrinin sayı 600-dən yuxarı olacaq. 15 mindən yuxarı sərnişinin yola salınacaq.
Bundan əlavə kənardan dəvət olunan nəqliyyat vasitələri də fəaliyyət göstərəcəklər. Onlara 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.
Qeyd edək ki, bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassada həyata keçirilir.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










