Avtovağzalda son vəziyyət - VİDEO

Bakı Beynəlxalq Avtovağzalının ərazisində yaranan çatlar nisbətən genişlənib. Buna səbəb ağır texnikaların bərkitmə işlərinə cəlb edilməsidir. Torpaq bir neçə yerdən deşilir, dəmir troslar bərkidilir və beton tökülür. Bakı Beynəlxalq Avtovağzal ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri davam edir. Avtobus dayanacağı olan hissədə ineksiya işləri görülüb. Yəni yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilərək beton tökülüb. Hazırda ərazidə tikiləcək 5 tavadan 1-də işlərə başlanılıb və armaturlama işləri aparılır. Yamacın aşağı hissəsində isə 4 ədəd 16 metr uzunluğunda istinad divarının tikintisi nəzərdə tutulub. Ərazidə ağır texnikaların işləməsi Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətinə təsirsiz ötüşmür
Ərazidə ağır texnikaların işləməsi Bakı-Sumqayıt yolunun şəhər istiqamətində olan hissəsinə də təsir edib. Belə ki, yolun bu hissəsində yaranan çatlar nisbətən genişlənib və çökmə əmələ gəlib. Bərkitmə işləri tam yekunlaşdıqdan sonra Bakı-Sumqayıt yolunun deformasiyaya uğramış hissəsi də tam bərpa ediləcək.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












