“Avtovağzalın qarşısında heç bir təhlükə yoxdur” - “Azəryolservis”in sədri

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq çəkilişi planlaşdırılmış yollarda işlər bu il yekunlaşacaq". Avtosfer.az apatv-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov deyib.
O, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığındakı yolun vəziyyətinə də toxunub: "Özlərini ekspert adlandıran bəzi adamlar həmin yolla bağlı müxtəlif mülahizələr söyləyirlər. O çatlar həmin dövrdə, avtovağzalın tikintisi dövründə avtovağzal binasına qarşı yolun çiyin hissəsində olan torpaq əsaslarının qarşısını almaq üçün istinad divarları tikilmişdi. O istinad divarlarının tikintisində bəzi qüsurlar olmuşdu. Müəyyən dinamik təsirlərdən, yolun kənarında tikilmiş bəzi təpəciklərin suvarılmasının hesabına qrunt suları və o yaşıllıq zonasının suvarılmasından əmələ gələn sular həmin istinad divarı ilə yol əsasının arasında müəyyən drenaj qurğuları olmadığından, çatların əmələ gəlməsinə səbəb olub".
Saleh Məmmədov hazırda sözü gedən ərazidə yenidən sürüşmənin baş verməməsi üçün görülən işlərdən də danışıb: "Artıq ikinci aydır ki, orada istinad divarı yenidən bərkidilir və yaxın günlərdə onun bərkidilməsi tam başa çatdıqdan sonra həmin çatların aradan götürülməsi nəzərə alınacaq. Heç bir qorxu, təhlükə yoxdur orada avtomobillərin hərəkətində. Yəqin siz görürsünüz, o çatlar əmələ gələn gündən orada avtomobillərin hərəkətinə heç bir maneə olmayıb".
Saleh Məmmədov həmin yolda bərkidilmə işlərinin yaxın günlərdə başa çatdırılacağını qeyd edib.
Qeyd edək ki, Azərbaycanda "Avtomobil yol işçilərinin peşə bayramı" münasibətilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin kollektivi Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra səhmdar cəmiyyətin kollektivi Şəhidlər Xiyabanında xalqımızın müstəqilliyi uğrunda canlarından keçən vətən oğullarının məzarlarını ziyarət edərək, onların ruhuna hörmət və ehtiramlarını bildirib. Sonda "Əbədi məşəl" kompleksi önünə əklil qoyulub.
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO
Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI
İrəvandan təxribat - Bakı hərəkətə keçdi
Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO








