Avtovağzallarda COVİD pasportu olmayanlara bilet satılmayacaq - RƏSMİ

Oktyabrın 1-dən avtovağzallardan rayonlara və Bakıya səyahət edən sərnişinlərdən COVİD pasportu tələb ediləcək.
Bunu Avtosfer.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, bununla bağlı bütün avtovağzallara tapşırıq verilib: "Bununla bağlı avtovağzallara tapşırıq verilib. Bilet satışı zamanı bilet alan sərnişindən COVİD pasportu tələb olunacaq. Pasportu olmayan sərnişinə bilet satılmayacaq".
N.Allahyarova bildirib ki avtovağzallarda və avtobuslarda olan sərnişinlərin COVİD pasportunun olub-olmamasını yoxlamaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində deyil: "Bunun üçün əlaqədar qurumlar var, nəzarəti onlar həyata keçirəcək. Biz tapşırıq vermişik ki, rayonlara səyahət edən COVİD pasportu olmayan sərnişinlərə bilet satılmasına. Əgər əlaqədar qurumların yoxlaması zamanı COVİD pasportu olmayan sərnişin aşkarlanarsa, bu barədə tərəfimizdən müvafiq tədbir görüləcək".
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək










