Avtoyuma məntəqəsinə 4 min manat ziyan vuranlar saxlanıldı - VİDEO

Şabranda avtoyuma məntəqəsindən oğurluq edənlər saxlanıldı. Avtosfer.az ARB Şimal-ə istinadən xəbər verir ki, fevralın 3-dən 4-nə keçən gecə Şabranda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ceyhun Mütəllimovun avtoyuma məntəqəsindən oğurluq olub. Obyektdə istifadə edilən 3900 manat dəyərində avadanlıqlar oğurlanıb. Ceyhun Mütəllimov - Zərərçəkən: "Ayın 5-i səhər obyekti açmağa gələndə gördük ki, "moyka" aparatı, kompressor ümumi 4 minə yaxın mal aparıblar". Fevral ayının 7-dən 8-nə keçən gecə isə digər bir sahibkar Hacı Quliyevin də avtoyuma məntəqəsindən oğurluq edilib.
Sahibkarlara ümumilikdə 6 200 manatlıq məbləğində ziyan dəyib. Oğurluq etməkdə şübhəli bilinən şəxslər Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların rayon sakinləri 24 yaşlı Amin Muradov və Cavad Cavadov olduğu müəyyənləşdirilib.
Əlbir olaraq oğurluq edən şəxslər əldə etdikləri avadanlıqları Bakı şəhərində avtoyuma məntəqəsi işlədən 21 yaşlı Rəşad Abbasova satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












