"Axşamlar avtobusa daş atırlar, bizi döyürlər..."

Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslarda vəziyyətin acınacaqlı olmasına münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində baş direktor bildirib ki, Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslarda vəziyyəti detallı şəkildə öyrənmək üçün özü şəxsən ora gedib: "Sürücülər mənə deyir ki, biz qapını bağlayırıq, axşamlar avtobusa daş atırlar, bizi döyürlər, kənd camaatından qorxuruq və məcburən qapıları açıq sürürük. Hamı məsuliyyəti tam olaraq sürücülərin boynuna qoyur. İndi mən sual verirəm: sərnişin bilmir ki, o avtobusa minsə, qapı açıq qalacaq və o yolboyu sallana-sallana gedəcək? Baş direktor deyib ki, qapısı açıq avtobusu idarə edən sürücülərin əksəriyyəti cavanlardır: "Onlar bir növ adrenalin axtarırlar. Amma Avropada bunu etməzlər. Onların adrenalin axtarışı nəticəsində vəziyyət bu həddə çatır".
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












