"Ay ərzində 18 təyyarə reysi həyata keçirilir" - İrandan Azərbaycana

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayini səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən apa-ya verilən məlumata görə, Ə. Qarayev iki ölkə arasında həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq, son illər Azərbaycanda İran turistlərinin sayının kifayət qədər artdığını bildirib və bu amilin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına şərait yaratdığını deyib.
Görüş zamanı bu il İranda təşkil olunacaq Azərbaycan Mədəniyyət Günləri haqqında müzakirə aparılıb. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycan nümayəndə heyəti tədbirin keçiriləcəyi şəhərlərdə infrastrukturla tanışlıq məqsədilə İrana səfər edəcək.
İran səfiri bildirib ki, hazırda ölkəsindən Azərbaycana ay ərzində 18 təyyarə reysi həyata keçirilir və turistərin artan marağını nəzərə alaraq reyslərin sayının artırılması zərurəti yaranıb.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










