Aygünün itkin düşən qohumu öldürülübmüş - Qatillər tutuldu - FOTO

Azərbaycanda üç il əvvəl itkin düşmüş şəxsin 5 nəfər tərəfindən öldürülərək basdırıldığı məlum olub. Avtosfer.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.
E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.
Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir. Aygün Bəylər “Öz aramızda” verilişinə müraciət edərək qohumunun tapılması barədə kömək istəmişdi: “Elnur mənim əmimin nəvəsidir. Atası-anasıyla bir yerdə böyümüşük. Tərbiyəli uşaq idi. 2013-cü ilin mayından yoxa çıxıb. Həmin gündən axtarırıq. Atası dünyasını dəyişəndən sonra evdən gedib. Hərbi biletini, sənədlərini də özü ilə götürüb. Amma axtarış vermişik, ölkədən kənara çıxmayıb. Musiqiçi idi. Buradan ona müraciət edirəm. Mənə zəng etsin, nömrələrimi bilir. Nənələri onun yolu gözləyir. Heç bir pis vərdişi yox idi. Nağarada ifa edirdi. Hər şeyə inanan, hamıya kömək edən biri idi. Mənim onun axtarışı ilə ciddi məşğul olmağa vaxtım yoxdur”.
Nurlan
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür












