Aylardır həll edilməyən problem bir neçə dəqiqəyə aradan qaldırıldı - VİDEO

Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağac aşıb.
Sakinlər iddia edirlər ki, aşan ağacla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onlara tutarlı cavab verən olmayıb. Aylar ötsə də, problem həllini tapmayıb.
İddiaya görə, sakinlərin müraciətinə “kəsməyə mişarımız yoxdur” kimi cavab verilib.
Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, şiddətli külək nəticəsində aşan ağacın qol-budağı hadisə baş verən gün budanıb, gövdəsi isə irihəcmli olduğundan onun ərazidən uzaqlaşdırılması dərhal mümkün olmayıb:
“Çünki küləkli hava şəraiti ilə bağlı bu kimi hadisələr növbəli şəkildə aradan qaldırılır”.
Qeyd edək ki, bu gün əraziyə birliyin nümayəndəsi gəlib. Təxminən bir neçə dəqiqədən sonra şiddətli külək nəticəsində aşan çoxillik ağacın kötüyü ərazidən xüsusi texnika vasitəsi ilə uzaqlaşdırılıb.
Daha ətraflı süjetdə:
Bizimlə əlaqə saxlayın
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










