AYNA 36 müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan, Gəncə-Saatlı, Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə və əks istiqamətə, Şəki-Qəbələ, İmişli-Sumqayıt, Gəncə-Qazax və əks istiqamətə, Gəncə-Şəmkir və əks istiqamətə, Gəncə-Goranboy və əks istiqamətə, Qarasuçu (Goranboy)-Gəncə, Səmədabad (Goranboy)-Gəncə, Yuxarı Seyfəli (Şəmkir)-Gəncə, Zəyəm Cırdaxan (Şəmkir)-Gəncə, Könüllü (Şəmkir)-Gəncə, Qovlarsarı (Samux)-Gəncə, Xuluf (Şəmkir)-Gəncə, Qarabağlar (Samux)-Gəncə, Yeni yaşayış massivi (Göygöl)-Gəncə şəhərlərarası, Liman şəhəri - Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi) şəhərətrafı, eləcə də paytaxtın 53 nömrəli şəhərdaxili, 447 və 512 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 19 sentyabr 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan istiqamətlərində 6 lot üzrə sentyabrın 23-də;
Gəncə-Saatlı, Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə və Bərdə-Mingəçevir istiqamətlərində 5 lot üzrə sentyabrın 26-da;
Şəki-Qəbələ, İmişli-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə sentyabrın 30-da;
Gəncə-Şəmkir, Şəmkir-Gəncə, Gəncə-Goranboy, Goranboy-Gəncə, Qarasuçu (Goranboy)-Gəncə (avtovağzal), Səmədabad (Goranboy)-Gəncə (avtovağzal), Yuxarı Seyfəli (Şəmkir)-Gəncə (avtovağzal) istiqamətlərində 7 lot üzrə oktyabrın 3-də;
Zəyəm Cırdaxan (Şəmkir)-Gəncə (avtovağzal), Könüllü (Şəmkir)-Gəncə (avtovağzal), Qovlarsarı (Samux)-Gəncə (Dəmiryol vağzalı), Xuluf (Şəmkir)-Gəncə (avtovağzal), Qarabağlar (Samux)-Gəncə (Dəmiryol vağzalı) və Yeni yaşayış massivi (Göygöl)-Gəncə (avtovağzal) şəhərlərarası, eləcə də Liman şəhəri - Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi) şəhərətrafı avtobus marşrutları üzrə 7 lotda oktyabrın 7-də;
Paytaxtın 53 nömrəli şəhərdaxili (“Elmlər Akademiyası” metrostansiyası – Bayıl parkı), 447 nömrəli şəhərətrafı (Qala qəsəbəsi – Mərdəkan qəsəbəsi) və 512 nömrəli şəhərətrafı (Abşeron rayonu, Çaylı kəndi – Müşfiqabad qəsəbəsi) avtobus marşrutları üzrə 3 lotda oktyabrın 10-da baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı
Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO
Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ
Metro xətlərinin ayrılması sərnişin sıxlığını necə azaldacaq? – EKSPERT
Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?
Bu yollarda tıxac var - SİYAHI
Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq










