AYNA sürücülərin narazı olduğu yol nişanıyla bağlı açıqlama verdi - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində quraşdırılmış avtobus zolağı yol nişanları sürücülərdə çaşqınlıq yaradır.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın qaynar xəttinə videomaterial göndərib. Görüntüdən də aydın olduğu kimi, quraşdırılmış avtobus zolağı nişanında saat 07:00-dan 10:00-a və 17:00-dan 21:00-a kimi zolaqda yalnız ictimai nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi göstərilib. Lakin təxminin 100 metr irəlidə olan nişanda vaxt dəyişidirilərək saat 07:00-dan 21:00-a kimi avtobusların hərəkətinə icazə verildiyi qeyd olunub. Nəticədə izləyici avtobus zolağıyla gedən sürücülər ikinci nişanı gördükləri zaman sol zolağa keçid etməli oluqlarını bildirib. Şikayətçi xüsusilə tıxac zamanı zolaqdan çıxmağın çətin olduğunu və cərimələnə biləcəklərini vurğulayıb.
Məsələylə əlaqədar AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ziya Bünyadov prospektinin tunelin üzərində olan hissəsində hərəkət hissəsi 2 zolaqlı olduğundan xüsusi hərəkət zolağı günün səhər və axşam pik saatlarında qüvvədədir: “Belə ki, 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanı ilə birgə onun qüvvədə olma vaxtını bildirən 7.5.4 yol nişanında iki müxtəlif vaxt təyin edilib: 07:00-10:00 və 17:00-20:00.
Prospektin tuneldən sonrakı hissəsində isə yol 5 zolaqdan ibarətdir və xüsusi hərəkət zolağının qüvvədə olma vaxtı saat 07:00-dan saat 21:00-dək təyin edilib. Həmin hissədə digər nəqliyyat vasitələrinin xüsusi hərəkət zolağından çıxması üçün 1.11 - “Zolaqdan çıxaraq yerdəyişməyə icazə verən” yol nişanlanma xətti çəkilmişdir”.
Nərmin
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB
Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər? - AÇIQLAMA
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Elgizlə Tolikin verilişi bağlandı
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər
188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər










