Azadlıq hüquqlarının məhdudlaşdırılması halları dəyişdirilir

Azərbaycanda polis tərəfindən azadlıq hüquqlarının məhdudlaşdırılması halları dəyişdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisdən trend-ə verilən məlumata görə, "Polis haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, şəxsin inzibati xəta törətməsinə görə polis tərəfindən azadlıq hüquqlarının məhdudlaşdırılması halına yol verilmir.
Hazırkı qanuna əsasən, şəxs cinayət və ya inzibati xəta törədərkən yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda polis onun azadlıq hüququnu məhdudlaşdıra bilər. Təklif olunan dəyişiklikdə isə "inzibati xəta" ifadəsi götürülür.
Digər dəyişikliyə əsasən, şübhə edilən şəxsin azadlıq hüququ şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda məhdudlaşdırılır.
Hazırkı qanunda isə bu hal belə göstərilir: “Şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati xətanın izləri tapıldıqda şəxsin azadlıq hüququ polis tərəfindən məhdudlaşdırıla bilər”.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisin fevralın 1-nə təyin edilən növbəti plenar iclasının gündəliyinə daxil edilib.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










