Azadlıq prospekti bağlandı

Bakının Azadlıq prospektində həddən artıq gərgin vəziyyət yaranıb. Hazırda yolda avtomobillərin sıxlığı və tıxac müşahidə edilir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O qeyd edib ki, paytaxtın Azadlıq prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində əsaslı təmir-tikinti işləri aparılır: "Yolun həmin hissəsində kommunikasiya xətləri çəkilir, səki daşları dəyişdirilir, piyada və avtomobil yolunun asfalt örtüyü yenilənir. Bununla əlaqədar sözügedən istiqamət üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Yəni Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən başlayaraq M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətində Süleyman Sani Axundov küçəsinin kəsişməsinədək hissəsi nəqliyyatın hərəkəti üçün qismən məhdudlaşdırılır. Ona görə də sürücülərdən və həmin ərazidə yaşayan sakinlərdən xahiş edilir ki, bunu nəzərə alıb Azadlıq prospektindən mümkün qədər az istifadə edib alternativ variantlara üstünlük versinlər".
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












