Azadlıq prospektindəki problemlərlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün Azadlıq prospektinin təmirə bağlanmış bir hissəsi açılacaq. Amma prospektdə ümumən işlərin nə zaman bitəcəyi tam bəlli deyil. Bu barədə milli.az-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, prospektdə təmir işlərinin uzanması məhz yolu tam bağlamağın mümkün olmaması səbəbindən irəli gəlir: "Yol mərhələlərlə, hissə-hissə təmir olunur. Əgər yol tam bağlansa, işlər cəmi bir aya bitər. Amma bu mümkün deyil, çünki prospekti birdəfəlik bağlasaq, problem çıxacaq. Təmir işlərinin ümumi avtonəqliyyat vasitələrinin axınına az təsir etməsi üçün hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə hərəkətin məhdudlaşdırılması tətbiq olunur.

Ona görə də Azadlıq prospektinin ilkin mərhələdə Ziya Bünyadov prospekti ilə kəsişmədən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 kilometrlik hissəsinin təmir edilməsi planlaşdırılır".

"Azəravtoyol" rəsmisi işin uzanmasına görə onları qınayanların da haqsız olduğunu deyib: "Çoxları elə bilir ki, yol təmiri asan işdir, təkcə asfalt döşənir və bununla iş bitir. Əslində, elə deyil. Orada çox işlər görülür. Məsələn, əvvəlcə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə prospektə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 50 min kv.m ərazinin asfaltlanması planlaşdırılır. Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənir, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yol boyu köhnə səki daşları yeniləri ilə əvəzlənir, mövcud piyada səkiləri bərpa olunur. Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi "cib"li dayanacaqların yaradılması nəzərdə tutulub. "Cib"li dayanacaqların uzunluğun 20 metr, eni isə 3,5 metr olacaq".

Bununla yanaşı, A.Nəcəfli sakinlərə şad xəbər də verib: "Artıq yolun Ziya Bünyadov prospektindən Cəfər Xəndan küçəsinə kimi hissəsinin açıldığını, indi Cəfər Xəndan küçəsindən Süleyman Sani Axundov küçəsi kəsişməsində qədər hissəsində asfalt örtüyünün əsaslı təmiri aparılır. Həmin hissə də sabah açılmalıdır.

Onun sözlərinə görə, işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










