AZAL 6 "Boeing" təyyarəsi almaq üçün hazırlıq işləri aparır

AZAL 6 "Boeing" təyyarəsi almaq üçün hazırlıq işləri aparır. Avtosfer.az-ın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərov 7-ci Xəzər Avia Yük Daşımaları Sammitində çıxışı zamanı deyib. C.Əsgərov qeyd edib ki, hazırda Azərbaycan aviasiyası ölkənin qeyri-neft sektorunun ən mühüm sahələrindən biridir: Hazırda Azərbaycan mülki aviasiyasında "Boeing 747", "Boeing 787", "Boeing 767", "Airbus 340", "Airbus 320", "Airbus 319" və "Embraer 190" tipli təyyarələr mövcuddur. Eyni zamanda, bunu da qeyd etmək istərdim ki, 10 ədəd ən müasir "Boeing 737 MAX" təyyarəsinin alınması üçün saziş imzalamışıq. Həmin təyyarələri 2018-ci ildən etibarən istismara verəcəyik".
QSC sədri xatırladıb ki, Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala şəhərlərində ümumilikdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Bu aeroportlar mülki aviasiyanın hər bir tipli hava gəmilərini qəbul etmək imkanına malikdirlər.
C.Əsgərov yük aviasiyası haqqında da məlumat verib: "Silk Way" aviaşirkəti 10 ədəd "Boeing 747" tipli hava gəmisi istismar edir. Onlardan 5-i "Boeing 747-8 F" tiplidir. Bu gün "Silk Way" 60 ölkəyə, o cümlədən 37 istiqamət üzrə müntəzəm uçuşlar həyata keçirir. Qeyd etməliyəm ki, son bir il ərzində 11 yeni istiqamət açılıb. Yaponiya, Malayziya, Sinqapur, Banqladeş, Küveyt, Səudiyyə Ərəbistanı, eləcə də Sakit okeanı üzərindən Honq Konq-Çikaqo marşrutu istismara buraxılıb".
O bildirib ki, AZAL 4 ədəd "Boeing 787 Dreamliner" və 2 ədəd "Boeing 747-8 F" tipli təyyarələrin alınması üzrə hazırlıq işləri aparır: "Bu ilin sonuna kimi müqavilə imzalayacağıq".
QSC sədri deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu “Böyük İpək Yolu” layihəsində mühüm rol oynayır: "Bir sözlə, biz Heydər Əliyev Beynəlxalq Aeroportunu böyük logistik haba çevirdik".
C.Əsgərov vurğulayıb ki, Azərbaycanda “Strateji Yol Xəritəsi” layihəsi təsdiq olunub: "Layihə 2020-ci ilə kimi nəzərdə tutulub. Azərbaycan mülki aviasiyasının payına düşən işlərin 80 faizini biz bu gün yerinə yetirmişik. Bu, böyük nailiyyətdir.
Ümid edirik ki, yaxın zamanda biz Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zonanı yarada biləcəyik. Bu layihənin icrası üçün qanunvericilik bazası təsdiq edilmişdir. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanmaqdadır".
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO








