AZAL 90 nəfəri "qara siyahı"ya saldı

“Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) arzuolunmaz sərnişinlərinin siyahısına 90 nəfər daxildir. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-ın sorğusuna cavab olaraq AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. AZAL rəsmisinin sözlərinə görə, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır. “Hava gəmisinin bortunda sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin arzuolunmaz sərnişinlər siyahısına daxil edilir”. P.Kəsəmənski vurğulayıb ki, “Azərbaycan Hava Yolları”-nın (AZAL) arzuolunmaz sərnişinlərin siyahısı ilə aviaşirkətin saytında tanış olmaq mümkündür. “Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və passport nömrəsini yazaraq sərnişinin arzuolunmaz sərnişinlərin siyahısında olub-olmaması və əgər siyahıya daxil edilmişdirsə, hansı səbəbdən daxil edilməsi barədə məlumat almaq mümkündür”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












