AZAL-a 10 milyon ayrılıb

“Azərbaycan Hava Yolları” QSC-yə 2017-ci ildə dövlət büdcəsindən 10 010,0 min manat subsidiya ayrılması nəzərdə tutulub. Həmin vəsait 2015-ci ilin büdcəsinin icrasından 933,0 min manat və ya 10,3% çox, cari ilin təsdiq edilmiş büdcəsinin müvafiq göstəricisinə bərabərdir. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir. "Dünya enerji bazarında qiymətlərin aşağı səviyyədə qalması ilə bağlı dünyada baş verən iqtisadi proseslərin ölkə iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılacaq subsidiyanın azaldılmaması güzəştdən istifadə edənlərin statusu, sosial müdafiəsi, habelə Naxçıvan MR-nın iqtisadi blokada şəraitində olması ilə əlaqədar olaraq qeyd edilən məqsədlərə aviabiletlərin güzəştli qiymətlə satışının zəruriliyi ilə bağlı olub", - məlumatda qeyd olunub. 2017-ci ilin layihəsində “Azərbaycan Hava Yolları” QSC üzrə vəsait tam məbləğdə iqtisadi təsnifatın "Subsidiyalar və cari transfertlər" bölməsində proqnozlaşdırılıb.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılan bu subsidiya Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə gedişi və Naxçıvan MR-ə həyata keçirilən aviareyslər üzrə aviabiletlərin güzəştli qiymətlərlə satışından hava nəqliyyatının sərnişin daşımalarında yaranan zərərin ödənilməsi üçündür.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












