AZAL Alanyaya uçmaqdan imtina etdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyul ayından Türkiyənin kurort şəhərlərindən olan Alanyaya (Qazipaşa beynəlxalq hava limanı) başladacağı aviareys təxirə salınıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AZAL əvvəl iyul ayından etibarən həftədə bir dəfə uçuşlar həyata keçirəcəyini bildirsə də, sonradan müxtəlif səbəblərlə Qazipaşa beynəlxalq hava limanına uçuşları təxirə salıb.
AZAL-dan saytın sorğusuna cavab olaraq bildirilib ki, AZALJET-in Alanyaya aviareyslər ilə bağlı planları dəyişib: "Aviaşirkət bu mövsüm Alanyaya aviareyslərin yerinə yetirilməyəcəyi barədə qərar qəbul edib. Bizim Türkiyədəki tərəfdaşımız turistlərimizin Antalyadan Alanyaya yerüstü nəqliyyatlar vasitəsi ilə daşınmasını təmin edəcəklər".
Qeyd edək ki, bir müddət öncə AZAL Alanya (Qazipaşa beynəlxalq hava limanı) şəhəri də daxil olmaqla, Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramını elan etmişdi.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












