AZAL Almaniyaya heyvanların aparılmasını qadağan edib?

“Türkiyə Hava Yolları” (THY) şirkəti Almaniyaya uçan sərnişinlərə xəbərdarlıq edib. Belə ki, bundan sonra sözügedən ölkəyə uçan sərnişinlər ev heyvanlarını özləri ilə apara bilməyəcəklər. THY-nin rəsmi açıqlamasında deyilir ki, bu barədə ikinci qərar verilənə qədər Almaniya hökumətinin qərarı ilə sərnişinlərin salonda yaxud karqo yerində ev heyvanı aparması qadağan edilib. Almaniyanın belə bir qadağa qoymasına səbəb son zamanlar bu ölkəyə gətirilən ev heyvanlarının tibb kartlarında məlumatların əskik olmasıdır. THY-nin belə bir qərar verməsinin ardınca Almaniyaya uçuşlar həyata keçirən digər aviaşirkətlər rəsmi Berlindən onlara hər hansı göstərişin gəlmədiyini qeyd ediblər.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Axar.az-a açıqlamasında bildirib ki, AZAL-ın yalnız transfer sərnişinlərin təyyarəsinin göyərtəsində və yük bölümündə heyvanlarla Almaniyaya səyahət etmələri qadağan olunub: “Məlumat üçün bildirmək istəyirik ki, İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasıyasının) aviaşirkətlərə tövsiyə etdiyi TİM (Travel İnformation Manual/ Səyahət məlumatı kitabçası) nəşrinin Almaniyaya dair (AZAL Berlinin Tegel hava limanına birbaşa müntəzəm uçuşlar həyata keçirir) təqdim olunan məlumatına əsasən, yalnız transfer sərnişinlərin təyyarənin göyərtəsində və yük bölümündə heyvanlarla Almaniyaya səyahət etmələri qadağandır. Digər hallarda heyvanların Almaniyaya daşınmasına dair qadağalar haqqında rəsmi məlumat “Azərbaycan Hava Yolları”na daxil olmayıb”.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










