AZAL "Atletiko"ya üzərində "Qarabağ" yazılmış təyyarə ayırdı - FOTO

Azərbaycan Hava Yolları (AZAL) QSC İspaniyanın "Atletiko" klubuna Bakıya səfər üçün üzərində "Qarabağ" sözü yazılmış təyyarə ayırmalarının səbəbini açıqlayıb. Bu barədə "Report"un sorğusunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski cavablandırıb. P.Kəsəmənski bildirib ki, çarter reysi barədə razılıq əldə olunduqdan sonra AZAL Madridə məhz “Qarabağ” adlı hava gəmisini göndərməyı qərara alıb. Səbəb isə həmin hava gəmisinin sifarişçinin bütün tələblərinə cavab verməsi olub.
"Atletiko" Bakıya "Qarabağ"la Çempionlar Liqasının III tur matçında qarşılaşmaq üçün gəlib. Ötən gün Madriddəki "Baraxas" Hava Limanından səmaya qalxan təyyarə 6,5 saatlıq uçuşdan sonra saat 22:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. "Airbus A340 500" markalı hava gəmisi 237 nəfərlikdir. Burada oyunçular üçün uzun səfər boyunca əlverişli biznes-zona, istirahət imkanı var. Təyyarə saatda 890 km sürətə və 15742 metr hündürlükdə uçuş imkanına malikdir. Hava gəmisinin ön hissəsində isə Azərbaycanın üçrəngli bayrağının altında "Qarabağ" sözü yazılıb.
Qeyd edək ki, "Atletiko" Bakıda "Marriott" otelində məskunlaşıb. Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













