AZAL Bakı-London aviareyslərinin sayını artırır

"Azərbaycan Hava Yolları" (AZAL) QSC qış cədvəlinin qüvvəyə minməsi ilə əlaqədar Bakıdan Londona müntəzəm reyslərin sayını artırır.
AZAL-ın mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, hazırda aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından Britaniya paytaxtının əsas hava limanı - Hitrou aeroportuna həftədə 5 reys yerinə yetirir. Oktyabrın 30-dan başlayaraq uçuşlar hər gün həyata keçiriləcək.
Şənbə günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 18:25-də, Hitrou Beynəlxalq Hava Limanına çatma isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan uçuş yerli vaxtla saat 21:50-də, Bakıya gəlmə isə Bakı vaxtı ilə saat 07:20-də olacaq. Qalan bütün günlər üzrə Bakıdan uçuş 19:05-də, Londona gəlmə 21:05-də, Londondan uçuş 22:05-də, Bakıya gəlmə isə 07:35-də olacaq.
Qeyd edək ki, Londona aviareyslər üç sinifli - "Econom", "Comfort-club" və "VIP-club" salonlarla təchiz edilmiş "Boeing-787 Dreamliner" təyyarəsində həyata keçirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












