AZAL bu il Gürcüstana 63 mindən çox sərnişin daşıyıb

2017-ci ilin yanvar-sentyabr aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) Gürcüstana 63,853 min sərnişin daşıyıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, 9 ay ərzində AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib. Hesabat dövründə qonşu ölkədə yerli və xarici aviaşirkətlər ümumilikdə 3 mln. 119,331 min sərnişinə xidmət göstərib. Daşınmış sərnişinlərin sayına görə “Türk Hava Yolları” (THY) aviaşirkəti birinci yerdə qalmaqdadır. Türkiyənin ən iri aviaşirkəti 9 ay ərzində Gürcüstana 350,706 min sərnişin daşıyıb. THY Gürcüstanın aviasiya bazarının 11%-nə nəzarət edir. Gürcüstana daşınmış sərnişinlərin sayına görə ikinci yeri 298,964 min sərnişinlə Gürcüstanın “Airzena”, üçüncü yeri isə 240,055 min sərnişinlə Macarıstanın “WizzAir” aviaşirkəti tutur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












