AZAL-da bələdçi işləmək istəyən xanımların nəzərinə

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.
QSC-dən Avtosfer.az-a verilən məlumata görə, sənəd qəbulu noyabrın 22-dən dekabrın 22-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.
Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.
Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.
Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:
- şəxsiyyət vəsiqəsi;
- bir fotoşəkil (3х4);
- xarici pasport;
- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).
Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.
Əlavə məlumat üçün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə müraciət etmək olar.
Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










