AZAL-da daha bir biabırçılıq - Stüardessa ilə sərnişin dalaşdı

Son illər Azərbaycanda ən çox tənqid olunan şirkətlərdən biri olan "Azərbaycan Hava Yolları”yla (AZAL) bağlı sərnişinlərin şikayəti durmadan artır. Avtosfer.az xəbər verir ki, bu dəfə AZAL əməkdaşı ilə sərnişinlərdən biri arasında dava düşüb. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı Cəbiyeva Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, dava təyyarədə uçuşa beş dəqiqə qalmış başlayıb: “AZAL-ın əməkdaşı ilə sərnişinin biri mübahisə etdi. Onlar yumruq davasına çıxdılar, bir-birlərini təyyarədən çöldə “razborka”ya çağırdılar. Bir saat keçdi, bu dəfə başqa bir stüardessa ilə digər sərnişin güləşin bütün fəndlərini nümayiş etdirdilər. Təbii ki, söyüş və təhqirlər bonus olaraq... Uşaqlar ağladı, qadınlar qışqırdı. Bir sözlə, biabırçılıq! Və uçuşun sonunda o qızın səsi 3 saatlıq uçuşda baş verənlərin fonunda çox gözəl səslənirdi: “Bizimlə uçduğunuz üçün təşəkkürlər! Sizinlə bir daha görüşməyə şad olarıq!”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












