AZAL-da növbəti qalmaqal - Sərnişinlərlə stüardessalar arasında

Bu gün “Azərbaycan Hava Yolları”nın aşağı büdcəli brendi AZALJET-in Bakıdan İstanbula uçan reysində sərnişinlər və şirkət əməkdaşları arasında növbəti problem yaşanıb. Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin Report-a verdikləri məlumata görə, "J2 80 79" reysi ilə hərəkət edən təyyarədə mübahisə qadın sərnişinlərlə stüardessalar arasında baş verib. Şahidlərin sözlərinə görə, mübahisə sərnişinlərin stüardessaların birindən yerlərinin narahat olması səbəbindən qarşıdakı boş yerlərdə əyləşməyi xahiş etmələrindən sonra yaranıb: “Təyyarədə qarşıda iki sıra boş yer var idi. Ayağında problem olan əliçəlikli qadın və yanında azyaşlı oğlu olan Aida Bayramova adlı sərnişin yerləri narahat olduğundan stüardessadan qarşıdakı boş yerlərdə keçib əyləşməyi xahiş ediblər. Lakin onlardan bu boş yerlərin əvəzi üçün 15 avro pul tələb olunub. Sərnişinlər bundan bərk qəzəblənərək boş yerə görə nə üçün pul ödəməli olduqlarını soruşduqda, onlara bunun peşəkarlıqla əlaqəli olduğu bildirilib. Onlar isə bunun peşəkarlıq deyil, qeyri-insani hərəkət olduğunu bildirdikdə, tərəflər arasında münaqişə baş verib”.
Bundan sonra bir neçə sərnişin şikayət kitabçası tələb edərək ora AZAL və onun qaydaları ilə bağlı öz narazılıqlarını qeyd ediblər. Hadisə şahidi, həmçinin onu da bildirib ki, sərnişinləri daha çox özündən çıxaran həmin boş yerlərə kiminsə pul ödəyərək öz çamadanını qoyması olub.
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”










