AZAL-dan Bakı-Gəncə və Bakı-Qəbələ aviareyslərinin bərpası ilə bağlı açıqlama

“Azərbaycan Hava Yolları” (AZAL) QSC fevralın 15-dən etibarən Bakı-Gəncə, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək. Bunu “Report”a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) saat 11:05-də uçan təyyarə, Gəncə Beynəlxalq Hava Limanına (KVD) saat 12:05-də enəcək. Gəncədən saat 13:05-də uçan təyyarə isə Heydər Əliyev Beynəlxalq Hava Limanına saat 14:05-də çatacaq. Bakıdan Qəbələyə uçuş saat 16:30-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə saat 17:25-də, Qəbələdən uçuş saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə isə saat 19:10-da olacaq”.
Paşa Kəsəmənski deyib ki, daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən olunub.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










