AZAL ən çox tələbat olunan reyslərin adlarını açıqladı

Bu ilin iyul ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 391 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarından (AZAL) bildirilib.
Ümumilikdə, 2016-cı ilin ötən yeddi ayı ərzində Bakı hava limanı 1,69 milyon sərnişinə xidmət göstərib. Bu müddət ərzində hava limanının yük terminal vasitəsilə 8,9 milyon ton yük daşınıb ki, bunun da 88%-i yüklərin, 12%-i isə poçt göndərişlərinin payına düşür.
Hava limanının sərnişin dövriyyəsinin əsas artımı beynəlxalq aviadaşımaların hesabına baş verib. “Azərbaycan Hava Yolları”nın daxili reyslərindən 302 sərnişin istifadə edib (2015-ci illə müqayisədə 8% artım). Həmin sərnişinlərin 292 mini Bakı-Naxçıvan marşrutunun payına düşür.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat Bakıdan İstanbula, Moskvaya və Dubaya olub.
Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və BƏƏ hava yolları ümumilikdə il ərzində bu istiqamətlərdə təqribən 800 min sərnişin daşıyıb. Türkiyənin məşhur kurortları olan Antalya, Bodrum, İzmir və Dalamana sərnişin dövriyyəsi bu il ərzində 56,5 min nəfər təşkil edib.
Heydər Əliyev adında Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən xidmət keyfiyyətinə görə, AZAL 4 ulduza layiq görülüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı il ərzində 9 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub.
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır










