AZAL İdarə Heyətinin səlahiyyəti azaldıldı

Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib. Avtosfer.az-ın məlumatına görə, dəyişiklik “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) kollegial icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri ilə bağlıdır. Dəyişikliyə əsasən AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb. Bundan sonra İdarə Heyəti “Azərbaycan Hava Yolları” QSC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AZAL-ın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət etməlidir. İdarə Heyəti aidiyyəti şəxslə dəyəri “AZAL-ın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında isə qərar qəbul etmək səlahiyyətində olacaq.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












