AZAL-ın dövlət büdcəsinə borcu kəskin artıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC üzrə 2015-ci ildə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 2,9 dəfə, 2014-cü illə müqayisədə isə 2,2 dəfə artaraq 31 894,3 min manata çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub. Həmçinin, hesabat dövründə şirkət üzrə dövlət büdcəsinə olan borcun həcmi 11 312, 1 min manat və ya 243 dəfə artaraq 11 358, 7 min manat, artıq ödəmələrin həcmi 45 527, 7 min manat azalaraq 1,2 min manat təşkil edib. Həmin dövrdə "Azərbaycan Dəmir Yolları" QSC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 3,5 dəfə, 2014-cü illə müqayisədə isə 2 dəfə artaraq 6 660,8 min manata yüksəlib. Habelə, hesabat ilində cəmiyyət üzrə dövlət büdcəsinə olan borcun həcmi 4 dəfə artaraq 3 702,7 min manat, artıq dövriyyənin həcmi isə 20,2% azalaraq 5 435, 8 min manat təşkil edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












