AZAL-ın dövlət zəmanətli borcu 650 mln. manatı üstələyib

"Azərbaycan Havə Yolları" (AZAL) QSC-nin dövlət zəmanətli borclarının ümumi həcmi 650 mln. manatdan artıqdır. Avtosfer.az "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
"AZAL-la bağlı məsələ daim höklumətin diqqətindədir. AZAL-a dövlət tərəfindən mütəmadi yardımlar göstərilir. Bura həm güzəştli şərtlərlə yanacağın satılması, həm dövlət zəmanəti ilə kreditlərin verilməsi, müyyən dövrlərdə borcların silinməsi daxildir", - deyə nazir əlavə edib.
S.Şərifov qeyd edib ki, AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 mln. manatdan artıqdır: "Bu vəsaitlər yeni təyyarələrin alınması və digər məqsədlərə istifadə olunmalıdır. Həmin təyyarələrdən səmərəli istifadə etmək, şirkətin gəlirliyinin artırılmasına şirkət tərəfindən üstünlük verilməlidir".
Nazir bildirib ki, dövlət borcuna xidmətlə bağlı hər hansı problem olmayıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












